Tarix : 2015 Nov 23
Kod 46955

Suriya ordusu daha bir məntəqəni terrorçulardan azad edib

Mahin və Həvarin qəsəbələrin azad edilməsində könüllü dəstələr də iştirak edib.
Arannews- Suriyanın cənubunda yerləşən Mahin qəsəbəsi terrorçulardan azad edildi.
Suriya ordusu ölkənin cənubunda yerləşən Mahin və Həvarin qəsəbələrini İŞİD terrorçularından azad edib. Homs vilayətində yerləşən qəsəbələrin azad edilməsində könüllü dəstələr də iştirak edib. 
Hərbi əməliyyatlar nəticəsində çox sayda İŞİD terrorçusu məhv edilib.

  • Yazılıb
  • da (də) 2015 Nov 23
  • Göndərən مدير سايت Aran News