Tarix : 2015 Nov 24
Kod 46956

Cund Əş-Şam terror təşkilatının başçısı yaralı vəziyyətdə İstanbul xəstəxanalarından birinə yerləşdirilib

Əbu Muslim Şişani yaralı vəziyyətdə öncə Adanaya, oradan isə İstanbul “Fatih Medical Park Hastanesi”nə apariblar
Arannews- Suriyada legitim hakimiyyətə qarşı döyüşən terror dəstələrindən birinin başçısı yaralı halda İstanbul xəstəxanalarından birinə yerləşdirilib.
Bu barədə Türkiyənin tanınmış jurnalislərindən Mustafa Seyfullah Kılıç məlumat yayıb.
M.Kılıç bir mühüm xəbəri təsdiqləndikdən sonra yaydığını bildirərək yazır: “Təsdiqlənərsə, mühüm bir məlumat verəcəyimi söyləmişdim. Bu önəmli xəbərlərdən birincisi budur ki, MİT (Milli Kəşfiyyat İdarəsi, - red.) tərəfindən dəstəkələnən Cund Əş-Şam terror təşkilatının başçısı Əbu Muslim Şişani yaralı vəziyyətdə öncə Adanaya, oradan isə İstanbul “Fatih Medical Park Hastanesi”nə gətirilib”.
Jurnalist terror başçısının etnik kimliyini də açıqlayaraq onun çeçen olduğunu bildirib.
 
M.Kılıçın digər mühün açıqlaması isə Türkiyədən Suriyaya keçirilməsinə cəhd edilən TIR-ın ələ keçməsilə bağlı olub. Onun sözlərinə görə, Türkiyə-Suriya sərhəddindəki Hatay rayonunda şübhəli bir TIR saxlanılıb. Jandarma tərəfindən axtarış aparılarkən yük maşınında silah-sursat aşkarlanıb, lakin olay yerli KİV-lərdən gizlədilib. “TIR-da bir MİT əməkdaşı da vardı və maşında TOW raketləri daşınırdı. MİT dərhal prosesə müdaxilə edərək hadisəni ört-basdır etdi və maşınlar üçün tutulan aktları müsadirə edib.
Bu hadisə ötən gecə gerçəkləşdi”, - deyə M.Kılıç “Önəmli” başlıqlı növbəti məlumatında açıqlayıb.

  • Yazılıb
  • da (də) 2015 Nov 24
  • Göndərən مدير سايت Aran News