Arannews- Bəşşar Əsəd (Suriya prezidenti) Türkiyə, Qətər və Ərəbistanın İŞİD terrorçularının ən güclü himayəçisi adlandıraraq bu ölkələri İŞİD-in dal qapısı adlandırdı və qərb siyasətlərinin əxlaqi alçaqlığının islah olunmasının zəruriliyini vurğuladı.
Suriya prezidenti Türkiyənin prezidenti və baş nazirinin terrorçu İŞİD qrupunu birbaşa himayələrinə toxunaraq, vurğualyıb ki, Ankara, Doha və riyaz bu təkfirçi qrupun dayaq nöqtələridirlər.
Bəşşar Əsəd (Suriya prezidenti) Çinin Foniks telekanalı ilə müsahibədə bildirib ki, terrorçu İŞİD qrupunun qüdrəti Türkiyənin prezidenti və baş naziri Rəcəb Tayyıb Ərdoğan və Əhməd Davudoğlunun birbaşa himayələrindən qaynaqlanır.
Suriya prezidenti terrorizmin məhvi üçün heç bir zaman cədvəlinin mövcud olmadığını qeyd edərək, bildirib ki, bu məsələnin səbəbi, yalnız quru meydanında irəliləmə ilə bağlı deyil, həm də digər ölkələrin terrorizmə verdikləri dəstək ilə əlaqədardır.
O, vurğulayıb: Qərbin siyasətlərini bürümüş və əvəzini bizim ödədiyimiz mənəvi tənəzzül islah olunmalıdır.