Tarix : 2015 Nov 24
Kod 46958

Avropa insan haqları təşkilatı Ayətullah Nimrin səhhətilə bağlı narahatçılığını bildirib

Səudiyyə rəsmiləri Ayətullah Nimrin müalicə edilməsinə maneə törədir.
Arannews- Avropa insan haqları təşkilatı Səudiyyə Ərəbistanının nüfuzlu Əhli-Beyt (ə) alimi Ayətullah Nimr Baqir Ən-Nimrin səhhətilə bağlı narahatçılığını bildirib.
Avropa insan haqları təşkilatının Səudiyyə Ərəbistanı təmsilçisi, 2012-ci ildə həbs olunandan etibarən müxtəlif problemlərlə üzləşən Ayətullah Nimrin səhhətilə bağlı narahat olduğunu açıqlayıb.
Qeyd edək ki, Ayətullah Nimr həbs olunma ərəfəsində Səudiyyə polislərinin yaxın məsafədən açdığı atəş nəticəsində ayağından üç güllə yarası almışıdı. Nəticədə ayaq sümüyü sınmışdı və o gündən bəri Ayətullah Nimrin səhhəti çox ağır olaraq qalır. Buna baxmayaraq, Səudiyyə rəsmiləri Ayətullah Nimrin müalicə edilməsinə və özünə uyğun səhiyyə xidməti təqdim edilməsinə maneə törədir. Bu da iltihablı yaralarının çoxalmasına və sağlamlığının ciddi şəkildə təhlükəyə düşməsinə səbəb olur. Əslində Səudiyyə bunu etməklə ona işgəncə verir.


  • Yazılıb
  • da (də) 2015 Nov 24
  • Göndərən مدير سايت Aran News