31 yaşlı İsam Əhməd Salman,30 yaşlı Şadi Məhəmməd Mahmud və 16 yaşlı fələstinli qız Əşraqat Taha şəhid edilib
Arannews- işğalçı rejim qüvvələri tərəfindən biri qız olmaqla üç fələstinli gənc şəhid edilib.
Fələstin Səhiyə Nazirliyi işğalçı qüvvələrin açdığı atəş nəticəsində 31 yaşlı İsam Əhməd Salman, yəhudi mühacirlər tərəfindən isə 30 yaşlı Şadi Məhəmməd Mahmud adlı fələstinlilərin şəhid edildiyini açıqlayıb.
Nazirlik tərəfindən verilən açıqlamada Havara nəzarət-buraxılış məntəqəsi yaxınlığında 16 yaşlı fələstinli qız Əşraqat Taha Qətnanainin işğalçı qüvvələr tərəfindən şəhid edildiyi də bildirilib.