Tarix : 2015 Nov 24
Kod 46963

Bakıda kredit borcuna görə kişi özünü yandırdı

Naxçıvan sakini metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığında üzәrinә benzin törәrәk özünü yandırıb.
AranNews- Naxçıvan Muxtar Respublikasının Şәrur rayonu, Sәmәd Vurğun küçәsindә yaşayan 1981¬ci il tәvәllüdlü Malik Abbas oğlu Hüseynov bankların filiallarının birinin qarşısında üzәrinә benzin tökәrәk özünü yandırıb.
Dәrhal әraziyә tәcili tibbi yardım avtomobili vә hüquq mühafizә orqanlarının әmәkdaşları gәlib. Malik Hüseynov әraziyә çağırılan tәcili yardım maşını vasitәsilә Respublika Yanıq Mәrkәzinә aparılıb. Xәstәxanada yaralıya yuxarı әtraf vә nәfәs yollarının 3¬4¬cü dәrәcәli yanığı diaqnozu qoyulub. Hazırda o, reanimasiya şöbәsindәdir. Vәziyyәti ağırdır.
Özünü yandıran şәxs borcu olduğu üçün bu yola әl atdığını deyib. Bu Bakıda qeydә alınan ilk özünü yandırma halı deyil. Belә ki, bundan öncә dә sosial problemlәrlә bağlı olaraq bir neçә dәfә belә hadisә baş verib.
Yanıq xәsarәtlәri alan kişini әtrafdakı insanların kömәyi ilә Respublika Yanıq Mәrkәzinә aparmışdı. O, intihar cәhdinә sәbәb kimi evsizliyini göstәrmişdi. Yanvar ayaında isә Bakının Yasamal rayonu әrazisindә, 20 yanvar dairәsindә intihar cәhd halı qeydә alınıb. Nәqliyyat müfәttişlәrilә mübahisә edәn sәrnişin daşımaqla mәşğul olan ”Ford” markalı mikroavtobus sürücüsü 1976¬ci il tәvәllüdlü Hümbәtov Arzuman Hәtәmxan oğlu isә ağır vәziyyәtdә 5 sayl şәhәr xәstәxanasını yanıq mәrkәzinә yerlәşdirilib.
Malik Hüseynovun həyat yoldaşı Aytəkin Hüseynova bildirib ki, şənbə günü onun həyat yoldaşı yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi tərəfindən cərimə olunub və avtomobili cərimə meydançasına aparılıb. Məlum olub ki, o artıq 2 aydır ki, “Bank of Baku”ya olan borcunu ödəyə bilmirmiş və bu səbəbdən maşını müsadirə olunub. M.Hüseynov çıxış yolunu özünü yandırmaqda görüb:
“Şıxı adlı bank əməkdaşı bizə vəd verib ki, birinci gün gəlsə, avtomobili sənədlərlə birlikdə Malik Hüseynova təhvil verəcək. O, bu gün banka getsə də, avtomobilin sənədlərini və etibarnaməni ona verməkdən imtina ediblər. O, banka olan kreditini ödəyə bilmədiyi üçün bank işçisi ilə aralarında mübahisə yaranıb. Bundan sonra o, üzərinə benzin tökərək yandırıb. Həmin vaxt bank işçilərindən heç kim həyat yoldaşıma kömək etməyib. Yalnız küçədən keçən insanların köməyi sayəsində yanğını söndürmək mümkün olub”.
M. Hüseynovun qardaşı Rəhim Hüseynov isə bildirib ki, qardaşı bankdan 12 min 800 manat kredit götürərək dəfn mərasimi üçün istifadə olunan avtomobil alıb. Lakin kreditin 8 min manatını ödəyib, qalan hissəsini ödəyə bilməyib. Buna səbəb avtomobilin mühərrikində yaranan problem olub. Həmin problemi həll etmək üçün xərcə düşüb və banka borcu yaranıb.
  • Yazılıb
  • da (də) 2015 Nov 24
  • Göndərən مدير سايت Aran News