Mənsur Hadi terrorçular ilə razığılığa gələrək onlara Ədəndən çıxmaları müqabilində Hədarmut vilayətini verib.
Arannews- Mənsur Hadi Ədəndən çıxmaları müqabilində Hədarmutu "əl-Qaidə" və İŞİD-ə verib.
Ədənə qayıdan Yəmənin keçmiş prezidenti Mənsur Hadi "əl-Qaidə" və İŞİD ilə razığılığa gələrək onlara Ədəndən çıxmaları müqabilində Hədarmut vilayətini verib.
Ötən gün səhər saatlarından etibarən orudunun Şəbam və əl-Qutun bölgələrindəki qərargahları İŞİD-in hədəfində olub. Hücumlarda Mənsur Hadini dəstəkləyən ordu briqadalarındakı onlarla əsgər öldürülüb. Son vaxtlar Hədarmutun sahil bölgəsini ələ keçirmək üçün İŞİD ilə "əl-Qaidə" arasında şiddətli toqquşmalar yaşanıb. Ancaq əldə edilən razılaşmaya əsasən Hədarmutun kəndləri İŞİD-ə, sahil bölgəsi isə "əl-Qaidə"yə verilməsi qərarlaşdırılmışdı.
"Ənsarullah" hərəkatı siyasi şura üzvü Dayfullah Şami Hədarmut hadisələrin inkişafı barədə bunları deyib: "Sözügedən hadisələr Hədarmutun qarşılığında Ədənin verilməsi planı üzrə yaşanan hadisələrdir. Mənsur Hadi və tərəfdarları Yəmənin cənubunda toqquşmalar yaratmaq və xarici işğalçıların Yəməndəki varlığını qanuniləşdirmək məqsədilə İŞİD və "əl-Qaidə" üçün meydan açır. BƏƏ qüvvələri hazırda Hədarmutdakı 4 hərbi qərargahda İŞİD və "əl-Qaidə"nin təlimini öz üzərinə götürüb".