NATO Şurası, keçirdiyi fövqəladə toplantıda Rusiyanin "Su-24" hadisəsi ilə bağlı Türkiyənin mövqeyini dəstəkləyib.
AranNews- Belçikanın paytaxtı Brüsseldə NATO Şurasının Türkiyənin tələbi ilə keçirdiyi fövqəladə toplantı təxminən bir saat davam edib. Təcili toplantının yekunu üzrə hərbi blokun baş katibi Yens Stoltenberq bəyanatla çıxış edib.
o, çıxışında Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən ötən gün Rusiyanın "Su-24" bombardmançısının vurulmasının Türkiyənin təhlükəsizliyi üçün zəmanət olduğunu bildirib.
Y.Stoltenberq rəsmi Ankara və Moskvanı potensial münaqişə gərginliyinin azaldılmasına yönələn tədbirlər görməyə və soyuqqanlı olmağa çağırıb: "NATO Rusiya və Türkiyə arasında gələcək hadisələrin qarşısının alınması üçün hərbi mexanizmlərin inkişaf etdirilməsini zəruri hesab edir. Diplomatiya və gərginliyin azaldılması vəziyyətin həlli üçün əhəmiyyətlidir.
Əlimizdəki məlumatlar digər müttəfiqlərimizinki ilə üst-üstə düşür və Türkiyənin məlumatlarının doğru olduğunu göstərir.
İclasda NATO-nun müttəfiqi olan Türkiyənin ərazi bütövlüyünü dəstəklədiyimizi elan etdim. NATO-nun cənub-şərq sərhədindəki hadisələri izləməyə davam edəcəyik."