Tarix : 2015 Nov 25
Kod 46970

İraqın təhlükəsizlik qüvvələri İŞİD-in hücumlarını dəf ediblər

İraqlı qüvvələr bu ölkənin müxtəlif məntəqələrində terrorçu İŞİD qrupunun hücumlarını dəf ediblər.
Arannews- İraqın təhlükəsizlik qüvvələri İŞİD-in Samirra şəhərinin qərbinə qarşı bir hücumunu dəf ediblər ki, bu əməliyyatda bir qrup terrorçu öldürülüb və bir qrup terrorçu da həbs olunubdur.
Digər xəbərə əsasən, İraqın şimalındakı Səlahəddin vilayətinin polisi özünü xalq könüllü qüvvələrindən biri kimi təqdim edən bir silahlı qrupun həbs olunmasından xəbər verib.
Bu məlumata görə, həmin şəxslər Tikritdə iki mülkini oğurlamaq istəyərəkən İraqın təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıblar.
İraq qırıcılarının İŞİD-in Samirranın qərbindəki mövqelərinə qarşı hücumlarında bir qrup terrorçu, o cümlədən İŞİD-in başçılarından olan Əbu Mətər Əliraqi öldürülübdür.
Bağdadın cənubundakı "Ərəb Cəbur" məntəqəsində bir bomba partlayışı nəticəsində bir iraqlı polis ölüb, dörd nəfər də yaralanıbdır.
İraq ordusunun texniki bölmələri də Bağdadın mərkəzindəki Əlkəradə məntəqəsinin 42-ci prospektinin küçələrindən birində bomba qoyulmuş bir avtomobili zərərsizləşdiriblər.
Digər tərəfdən, İraqın təhlükəsizlik qüvvələri Nəcəf-Kərbəla yolunda özünü əzadarlıq dəstələrindən birinə daxil etmiş bir terrorçunu aşkarlayaraq, həbs ediblər.


  • Yazılıb
  • da (də) 2015 Nov 25
  • Göndərən مدير سايت Aran News