Bəhreyn xalqı bu ölkədəki siyasi məhbuslarla həmrəylik edərək, gecə aksiyası keçirib.
Arannews- yüzlərlə bəhreynli müxalif bu ölkənin müxtəlif məntəqələrində, o sıradan Manama, Sitrə və Bəni Cimrə məntəqəsində Ali-Xəlifə rejiminə qarşı aksiya keçirib və bu ölkədəki siyasi məhbuslarla həmrəylik elan edibdir.
Bəhreynli aksiyaçılar siyasi fəallardan ikisinə qarşı çıxarılmış edam hökmlərinə qarşı çıxaraq, həbs olunmuş müxaliflərin azad olunmalarını tələb ediblər.
Bəhreyn xalqının dinc aksiyalarına divan tutulmasına və demokratiya iddiasında olan ölkələrin bunun qarşısında susmalarına rəğmən, Bəhreyn xalqı öz dinc aksiyalarını davam etdirməkdədir.
Muhəmməd Ramazan və Husəyn Əli Musa adlı iki bəhreynli gənc 2014-cü ildəki bomba partlayışında bir polis məmurunu öldürmək kimi puç ittihamla edama məhkum olunublar.
Bəzi insan haqları təşkilatları Ali-Xəlifə başçılarının edam cəzasından Bəhreyndə siyasi fəallara və müxaliflərə qarşı sui-istifadə etmələrinə işarə edərək, 2014-cü ildəki bomba partlayışında bir polis məmurunu öldürmək ittihamı ilə bu ölkənin iki vətəndaşına qarşı çıxarılmış edam hökmünün ləğv edilməsini vurğulayıblar.