Tarix : 2015 Nov 25
Kod 46973

İŞİD qanlı edam üsullarına bir yenisini daha əlavə edib

İŞİD 12 gənci əllərini və ayaqlarını bağladıqdan sonra günlərlə ac buraxılmış itlərin qabağına atıb.
Arannews- İŞİD Mosulda 12 nəfəri ac itlərin qabağına ataraq parçaladıb. Kürdüstan Demokrat Partiyası Mosul Mətbuat Nümayəndəsi Səid Məmuzini təşkilatın yeni bir edam üsulu sınadığını və 12 gənci ac itlərin qabağına ataraq onları diri-diri itlərə yedirdiyini söyləyib.
Məmuzini öldürülən gənclərin cəbhəyə getmək istəmədiyi üçün saxlandığını və İŞİD tərəfindən yaxalanıb cəzalandırıldığını ifadə edib.
Terror təşkilatı üzvləri 12 nəfərin əllərini, ayaqlarını bağladıqdan sonra digər bəzi əsirlərin önündə günlərlə ac buraxılmış itlərin qabağına atıb.
Qeyd edək ki, İŞİD daha əvvəl də tez-tez təkrar etdiyi baş kəsməklə yanaşı, insanları qəfəslərdə canlı-canlı yandırmış, hündür mərtəbələrdən aşağı atmış və işgəncə verərək qətlə yetirmişdi.


  • Yazılıb
  • da (də) 2015 Nov 25
  • Göndərən مدير سايت Aran News