Arannews- Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi illik müqayisədə 13,6% və ya 321,5 mlln. ABŞ dolları azalaraq cari ilin yanvar-oktyabr ayları ərzində 2 047,2 mln. dollar təşkil edib.Azərbaycan Dövlət Gömrük Komitəsinin rəsmi saytınxəbər verir ki,hesabat dövründə ixrac 43% azalaraq 407,2 mln. dollar, idxal isə 0,9% azalaraq 1 640 mln. dollar olub. Birlik ölkələri ilə əməliyyatlarda mənfi saldo 31% artaraq 1 232,9 mln. dollara çatıb. Beləliklə, bu müddətdə ümumi ixracın 4,17%-i, idxalın isə 22,04%-i MDB ölkələri ilə ticarət əməliyyatlarının payına düşüb.
Bu müddətdə Rusiyaya ixrac illik 40,7% azalaraq 322,3 mln. dollar, idxal isə əksinə 16,9% artraq 1 212,7 mln. dollar olub. Burada isə mənfi saldo 80,2% artaraq 890,5 mln. dollara çatıb. Rusiyaya ixrac Azərbaycandan cəmi ixracın 3,3%-ni, idxalın isə 16,3%-ni təşkil edib.