Tarix : 2015 Nov 25
Kod 46975

Bakida «Kərbəlada gözəllik və əzəmət» adinda beynəlxalq konfrans keçirildi + Foto

«Nərgiz» Qadınlar Cəmiyyətinin təşəbbüsü ilə, noyabrın 15-də keçirilən bu konfransda İran, Türkiyə, Gürcüstan və Livandan gələn nümayəndə heyəti iştirak edib.
AranNews- «Nərgiz» Qadınlar Cəmiyyətinin təşəbbüsü ilə noyabrın 15-də «Kərbəlada gözəllik və əzəmət» mövzusunda konfrans bakida keçirilib.   
Beynəlxalq konfransda İran, Türkiyə, Gürcüstan və Livandan gələn nümayəndə heyəti iştirak edib. Konfransda Qurani-Kərimdən ayələr oxunduqdan sonra ilk olaraq Azərbaycan republikasının dövlət himni səsləndirilib. Ardından konfransda dünyanın müxtəlif ölkələrində keçirilən Aşura mərasimlərinin görüntülərindən ibarət videoçarx nümayiş etdirilib. Daha sonra isə konfrans öz işinə xarici ölkələrdən gələn nümayəndələrin çıxışı ilə davam edib. Çıxışlar zamanı Xanım Zeynəb (s.ə)-nın Kərbəlada gözəllik fəlsəfəsindən söhbət açılıb, Kərbəla şəhidlərini tərənnüm edən şeirlər səslənib.
İranın Qum şəhərinin Camətuz Zəhra Universitetitinin tələbəsi, Aminə Hüseyni də konfransda qadınlara tövsiyəsini də verdi: «Vəzifəmiz analıqdırsa Zəhra olaq, bacıyıqsa, Zeynəb olaq. Elm dalınca gedək. Hətta iki-üç nəfər də olsaq, vəhdəti tərk etməməliyik. Əsl bərəkət çoxluq demək deyil, Allahın nəzərinin o işdə olmasıdır. Onu da deyim ki, İmam Hüseynin eşqi hər kəsdə deyil, ancaq layiq olanlarda olar. Bu nemətin qədrini bilək».
Aminə xanım İmam Zamanın zühurunun tezləşməsi üçün də dualar etməyə çağırdı: «Hər kəs deyir, İmam Hüseyn məzlumdur. Mənim fikrimcə isə İmam Mehdi məzlumdur. Çünki İmam Hüseynin onun yolunda fəda olacaq Abbası, Rübabı, Zeynəbi, Əliəkbəri, Əliəsgəri var idi. İmam Zamanın yolunda qurban gedəcək kimi var?»








  • Yazılıb
  • da (də) 2015 Nov 25
  • Göndərən مدير سايت Aran News