Tarix : 2015 Nov 25
Kod 46977

“STRATFOR”: Azərbaycanin hərbi-dəniz donanmaları Xəzərdə güc balansını dəyişəcək

ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan məşhur beyin mərkəzi “Stratfor” Xəzər dənizinin hərbiləşdirilməsi ilə bağlı maraqlı araşdırma aparıb və proqnozlar da irəli sürüb.
AranNews- “Xəzər dənizində yeni hərbi qayda” adlanan məqalədə dənizin təhlükəsizlik arxitekturasının tezliklə dəyişə biləcəyi qeyd olunur: “Xəzəryanı ölkələrin – Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstan–hər biri güclü donanmaya malikdirlər və dəniz sularında hərbi gücünü nümayiş etdirməyə meyllidirlər.
Rusiya burada keçirilən bütün hərbi təlimlərdə və əməliyyatlarda faktiki olaraq iştirak edir və istifadə olunan hərbi texnikanın böyük hissəsi Moskva ilə razılaşdırılır. Lakin hazırda balans dəyişməkdədir.
Belə görünür ki, Azərbaycan və Qazaxıstan Rusiyadan asılı olmayaraq, öz hərbi-dəniz qüvvələrini inkişaf etdirmək qərarına gəlib. Noyabrın 4-də Azərbaycan və Qazaxıstan müdafiə sahəsində ikitərəfli əməkdaşlıqla bağlı razılaşma imzaladı. Razılaşmada 2016-cı ildə müştərək hərbi-dəniz təlimlərinin keçirilməsi vurğulanır. Həmçinin, Azərbaycan Astanada keçiriləcək “KADEKS-2016” Beynəlxalq Hərbi Texnika və Silah sərgisinə dəvət olundu”.
Mərkəz yazır ki, Astana ilə Bakı bu razılaşmanı Rusiyanın Xəzər dənizindən Suriyadakı hədəfləri vurmasından sonra imzalaması diqqət çəkir: “Bu, qismən Moskvaya cavabdır. Hansı ki, Rusiya İranın icazəsi ilə Xəzərdəki donanmasına aid qanadlı raketlərlə Suriyadakı hədəfləri vurdu. Hesab etmək olar ki, Azərbaycan və Qazaxıstan ümumi dəniz maraqlarını müdafiə etmək üçün Rusiyanın təsirini aradan qaldıracaqlar”.
Məqalədə Rusiyanın iştirakı olmadan Xəzər karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxarılması da perspektivdəki əsas plan olduğu qeyd olunur.
“Stratfor” Xəzər dənizinə dair proqnozlar da irəli sürüb:
- Azərbaycan və Qazaxıstanın hərbi-dəniz donanmaları Xəzərdə güc balansını dəyişəcək.
- Bu donanmalar Rusiyaya meydan oxumaq gücündə olmasalar belə, öz karbohidrogen maraqlarının müdafiə edəcək gücdə olacaqlar.
- Xəzəryanı dövlətlər hər şeyə rəğmən xarici müdaxiləyə icazə verməyəcək.
  • Yazılıb
  • da (də) 2015 Nov 25
  • Göndərən مدير سايت Aran News