Tarix : 2015 Nov 25
Kod 46978

Azərbaycan Respublikasında “Xəzər-2015” komanda-qərargah təlimi keçirilib

Təlim Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin və Kompleks Qazma İşləri Trestinin ərazisində təşkil olunub.
Arannews- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə noyabrın 24-də quruda və dənizdə “Xəzər-2015” komanda-qərargah təlimi keçirilib.
Təlimə nazirliyin xilasetmə qurumlarının, həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Müdafiə, Daxili İşlər, Səhiyyə nazirliklərinin, Dövlət Dəniz Administrasiyasının və bp şirkətinin şəxsi heyətləri, xüsusi texnika və avadanlığı cəlb edilib.
Təlim Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin və Kompleks Qazma İşləri Trestinin ərazisində təşkil olunub.


  • Yazılıb
  • da (də) 2015 Nov 25
  • Göndərən مدير سايت Aran News