"Teleqram" təhlükəsiz şəkildə şifrəli onlayn mesajlaşma təqdim etməklə, dünyada istifadə edilən mesajlaşma proqramına çevrilmişdir. Paris faciəsi və İŞİD-in bu xidmətdən yararlanması ilə Teıeqraç böyük başağrısı ilə üzləşmişdir.
AranNews- Qanlı Paris hadisələrinin baş verməsində terrorçuların "Teleqram" mobil proqramıdan sui-istifadə etməsi gümanı, həmçinin hədə-qorxu və təbliğat üçün bu sosial şəbəkənin ümumi kanallardan istifafdə etməsinin ardınca, indi bir daha onlayn dünyasında şifrəli mesajlaşma, siyasətçilərin tənqid dalğasını qaldırmışdır. Tənqidlər, Teleqramın ümumi kanalları kimi funksiyalara da aid olur. Bu funksiyalar dünyanın hər bir nöqtəsində bütün istifadəçilər üçün azad tribunaya çevrilə bilər. Terrorçu təşkilatlar və cinayətkarlar çoxdan idi ki, onlayn xidmətlərdən yetərincə faydalanmağa başlamışdılar.
İŞİD-in Parisdə törətdiyi hadisədən sonra geniş tənqidlərə və siyasi təzyiqlərə cavab olaraq Teleqramın icraçı direktoru Pavel Durov 12 dildə fəaliyət göstərən 78 İŞİD mesajlaşma kanalının aşkar edilərək, bağlandığını bildirib.
Qeyd edək ki, Messencerin yaradıcısı və xüsusi mesajlaşmanın bərk tərəfdarlarından olan 31 yaşlı Pavel Durov İŞİD-in Teleqram vasitəsilə təbliğat aparması ilə bağlı ittihamlara cavab olaraq "əgər bu sosial şəbəkə olmasaydı, terrorçular istənilən başqa bir şəbəkədən asanlıqla istifadə edəcəkdilər", - deyə münasibət bildirib. Həmçinin artırıb: "Terrorçuların ümumi kanalları bağlansa da konpaniyanın siyasəti xüsusi və şifrəli mesajlar barədə dəyişiklik etməməkdir. Teleqram, xüsusi mesajlaşmanı istifadəçilərin "şəxsi hesabı" adlandırır və dövlətlərin belə şəxsi hesablar haqqında tələblərinə etinasız olacaq".
Teleqramın mesajlaşma proqramının ən mühüm özəlliyi mesajların tamamilə şifrələnməsi, son-sona (end to-end) xüsusi mesajlardır. Bu da o deməkdir ki, mesajı göndərən və alandan başqa heç bir kəs, yaxud heç bir izləyici proqram ortada, hətta Teleqramın serverləri üzərində heç bir yolla mesajların məzmunundan xəbər tuta, yaxud mesaj göndəriləndən sonra onu araşdıra bilməz.
İŞİD-in sosial şəbəkələrdə zirək iştirakı
Təhlükəsizlik mütəxəssislərinin dediklərinə görə İŞİD və onların xəbər, fayl paylaşma, video və fotoşəkil göndərmə xüsusiyyətlərinə malik ən mühüm bazalarına çevrilmiş Tvetterdə dəstəkləyicilərinin istifadəçi hesabları dondurulduqdan sonra iki ay öncə ümumi şəbəkələrin yaradılması Teleqramda işə düşüb. Teleqram İŞİD-in öz əqidəsini yaymaq və ictimai qorxu yaratmaq üçün mühüm platforması olmağından əlavə, bu terror qrupunun media fəalları ondan terrorçu toplamaq üçün də istifadə edirlər.
Onlar həmin Teleqram kanallarından ilk dəfə Paris terror əməliyyatında 129 nəfərin ölməsini və yüzlərlə insanın yaralanması barədə xəbəri elan edərək, onun məsuliyyətini öz öhdələrinə götürdülər. 224 nəfərin həlak olmasına səbəb olmuş Rusiyaya məxsus təyyarənin Misirdə süqutu hadisəsini də İŞİD Teleqram vasitəsilə dünyaya elan etdi.
Şifrələnmiş mesajlara və şəxsi hesablara qarşı ağır qovluq
Yaxın Şərq Media Təhqiqat Mərkəzi bildirb ki, İŞİD və digər terrorçu qrupları, o cümlədən Əl-Qaidə, Teleqramın ümumi kanallarından yararlanmaqdan əlavə, qrupun üzvləri ilə əlaqə yaratmaq, terror əməliyyatlarını qərarlaşdırma üçün də şifrələnmiş mesajlardan istifadə edirlər. Belə kodlaşmiş mesajları izləmək mümkün olmadığından təhlükəsizlik və kəşfiyyat dairələri təhdid və zərərlərə istinad edərək son-sona şifrələrinmiş mesajlara qarşı ciddi maneə yaratmağa çalışırlar.
Teleqramdan başqa Apple-nin iMessages, WhatsAp, Cryptocat və onlar kimi bir neçə proqram şifrəli mesaj xidmətləri təqdim edir. Amma İŞİD-in Teleqramdan istifadə etmələrinin səbəbi, digər oxşar şirkətlərdən fərqli olaraq Teleqram şirkətinin Amerika və Berlində yerləşməməsidir.
Almaniyanın vitural aləmdə sləfilərlə mübarizəsi
Amerikanın bir sıra siyasətçiləti ittiham barmaqlarını Edvard Snovdenə tərəf tuşlayıblar. Onların fikrincə, Snovdenin təhlükəsizlik xidmətlərinin məlumat toplamaları metodlarını ifşa etməsindən sonra bu kəşfiyyat xidmətləri terrorçuları izləyə bilmədi. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (SİA) sabiq rəisi Ceymz Vulsi deyib ki, Snovdenin əli (Paris hadisəsi qurbanlarının) qanına bulaşmışdır. Çünki, o öz ifşaları ilə kəşfiyyat təşkilatlarını zəiflətmiş və terrorçuları izləmək imkanını məhv etmişdir.
Hazırda dünyada mesaj ötürən bir milyarddan yuxarı Android və İOS proqramlı ağıllı telefonların mövcudluğu ilə indi təhlükəsizlik orqanları bu xidmətlərə nüfuz etməyə yollar axtarırlar.
Amerika və Avropada bir çox siyasətçilər şifrəli mesajları milli təhlükəsizlik əleyhinə təhdid hesab edirlər. Çünki bu iş terrorçuların bir-birləri ilə qərarlaşmasını çox asan, təhlükəsizlik xidmətlərinin terrorçuları izləməzini isə çox mürəkkəb və problemli etmişdir.
Teleqram, siyasi təzyiqlərə müqavimət göstərərək şəxsi hesablara təkid edir
Wired jurnalı bu yaxınlara digital təhlükəsizliyə aid 34 səhifəlik sənəd tapa bilmişdir. Sənəd, təhlükəsizlik bələdçi olaraq İŞİD üzvləri tərəfindən istifadə edilir. Bu yolgöstəricilərin məlumatına görə, terrorçular dünyada baş verən hadisələri onlayn izləyə bilir və yaranan boşluqlardan öz qüvvələrini gücləndirmək üçün faydalanırlar.
Bütün bunlarla yanaşı Teleqramın yaradıcısı Pavel Durov deyib: "İstifadəçilərinin şəxsi hesablarını qorumaq Teleqram üçün terror kimi xoşagəlməz hadisələrin baş verməsindən daha çox əhəmiyyət kəsb edir". Daha sadə ibarətlə desək, Teleqramın yaradıcısının şəxsi hesablara təkidindən belə çıxır ki, son-sona (end to-end) kodlaşdırma yenə də azad şəkildə, senzura və süzgəc olmadan istifadəçilərin ixtiyarında qoyulacaq. Bu sistemə nüfuz etmək və izləmək, yaxud məhdudiyyət təyin etmək üçün heç bir yol tapmaq mümkün olmayacaq.
Teleqramın öz verdiyi məlumata görə onun 60 milyon fəal istifadəçisi vardır və gündəlik olaraq Teleqram istifadəçiləri arasında 12 milyard mesaj göndərilir.
Hal-hazırda bu proqram iti qılınca çevrilib. Bir tərəfdən istifadəçilər üçün mesajların tam şifrəli olması, totalitar və repressiv hökumətlər kölgəsində yaşayanlar üçün azad məlumat toplamaq və süzgəci sındırma imkanı yaradır, digər tərəfdən də təşkilatlanmış terrorçuların cinayətləri üçün yol açır.
Pavel Durov arxayınlıqla deyir: "Şifrələnmənin dayandırılması çarə yolu deyil, çünki bu sosial şəbəkə olmasaydı, terrorçular istənilən başqa bir şəbəkədən asanlıqla istifadə edəcəkdilər".