Tarix : 2015 Nov 26
Kod 46982

Ramzan Kadırov: çeçen xalqı Vladimir Putinin əmrini yerinə yetirməyə hazırdır

Çeçenistanın rəhbəri Ramzan Kadırov bəyan edib ki, Türkiyə etdiyi hərəkətə görə hələ çox peşman olacaq.
AranNews- o, bu barədə Suriyada Su-24 bombardmançısının vurulması barədə məlumatı şərh edərkən deyib.
“Mən zərrə qədər də şübhə etmirəm ki, Türkiyə etdiyi əməldən hələ çox peşman olacaq. Hər fürsətdə dostluq və əməkdaşlıqdan danışanlar belə məkrli hərəkət etmirlər”, - deyə, Kadırov bildirib.
O bir daha bəyan edib ki, Çeçen Respublikası və bütün çeçen xalqı Rusiya prezidenti Vladimir Putinin istənilən əmrini yerinə yetirməyə hazırdır.
  • Yazılıb
  • da (də) 2015 Nov 26
  • Göndərən مدير سايت Aran News