Tarix : 2015 Nov 26
Kod 46983

Rusiya ən böyük hərbi gəmisini Türkiyə sərhəddinə göndərdi

“Moskva” gəmisi Suriyanın Aralıq dənizində yerləşən Lazkiyə limanından 60 kilometr aralıda görünüb.
AranNews, RIA Novosti-yə istinadən xəbər verir ki, Suriyadakı hava əməliyyatları zamanı Türkiyə sərhədini pozan Rusiya bombardmançı təyyarəsinin vurulmasından sonra bu ölkənin ən böyük hava hücumundan müdafiə gəmilərindən biri Aralıq dənizində mövqe tutub.
Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Sergey Rudskoy bildirib ki, bundan sonra rus bombardmanlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə qırıcı təyyarələr onları müşayət edəcək. Əgər bombardmançılara hər hansı istiqamətdən atəş açılsa, yerdən və havadan dərhal reaksiya göstəriləcək.  
Qara dəniz donanmasının ən böyük gəmisi və rus donanmasının ən böyük hava hücumundan müdafiə gəmilərindən biri olan “Moskova” Türkiyə və Suriyanın dəniz sərhədində mövqe tutacaq.
“Moskva” gəmisi Suriyanın Aralıq dənizində yerləşən Lazkiyə limanından 60 kilometr aralıda görünüb.
Qeyd edək ki, bu gəmidə S-300 komplekslərinə bənzər müasir raket sistemləri var.
  • Yazılıb
  • da (də) 2015 Nov 26
  • Göndərən مدير سايت Aran News