Azərbaycan Mətbuat Şurasının sədri, Əflatun Amaşov bildirib ki Rusiya təyyarəsinin vurulmasıni araşdırmaq lazımdır.
AranNews- Şura sədri bəyan edib ki, Jurnalistlərin bir qismi hesab edir ki, Türkiyə haqlıdır və Rusiya təyyarəsini vurmaqla doğru olanı edib. Başqa bir kəsim isə bu qənaətdədir ki, "SU 24"-ün vurulması regionda sabitliyə mənfi təsir göstərəcək.
Türkiyənin hava sərhəddini pozduğuna Rusiyaya məxsus "SU 24" tipli təyyarəni vurması Azərbaycan mətbuatını da iki cəbhəyə ayırıb.
Şübhəsiz ki, bu mövqelər son günlər mətbuatımızda gedən yazılarda da əks olunmaqdadır.
Hazırda mediada müxtəlif yönlü məlumatlar yayılır. Kimi Türkiyəni dəstəkləyir, kimi qınayır. Mənə elə gəlir ki, bu məsələni araşdırmaq lazımdır.
Türkiyə bizə qardaş ölkədir, Rusiya ilə qonşuyuq, böyük ölkədir. Belə məqamlarda baş verən olayları dəqiq öyrənmək lazımdır.
Əgər doğrudan da Türkiyə tərəfinin dediyi həqiqətdirsə, Rusiya təyyarəsi Türkiyənin hava sərhədini dəfələrlə edilən xəbərdarlıqlara rəğmən pozubsa, deməli, Türkiyə haqlıdır. Əgər təyyarələr sərhəddən çox uzaq olubsa, bu baxımdan da yəqin ki, fikir müxtəlif ola bilər.
Ölçüb biçməli və mütəxəssis olanlar, politoloqlar obyektiv fikir söyləməlidir. Türkiyənin öz qanunları, təhlükəsizlik konsepsiyası, müdafiə üçün qəbul etdiyi qaydalar var. Onlara əməl edərək davranmaq lazımdır".