Politoloq Fərhad Mehdiyev deyib: Ərdoğanın Putinə etdiyini, indiyədək heç kəs edə bilməmişdi. Beləliklə, İran Mümkün olan intiqam variantlarında Rusiyaya əlindən gələn köməyi edəcək.
AranNews- Politoloq bildirir ki, Putin Ərdoğandan heyfini Mümkün olan intiqam variantları ilə çıxa bilər. Mümkün olan intiqam variantları bunlardır:
Birincisi, ruslar Türkməndağı mövqelərini bundan sonra daha sıx şəkildə bombardman edəcək. Bundan başqa, PKK-ya "İqla" raketlərini göndərəcək. Bu raketlər türk vertolyotlarını vurmağa yarayır. Həmçinin, şimal qonşularımız PKK-ya peyk vasitəsi ilə məlumat ötürəcəklər.
Ərdoğan və yaxınları haqqında kompromat məlumatlarını yaymaq, düşmənlərinə informasiya ötürmək versiyasını da cavab addımları sırasında saymaq olar. Başqa bir variant kimi Putinin göstərişi ilə Rusiyadakı türk iş adamları sıxışdırıla bilər.
Gömrük nəzarəti və fito-sanitar qaydaları bəhanə edərək, türk badımcanları və pomidorlarının Rusiyaya idxalını da yekunlaşdıracaqlar.
Ruslar Türkiyəyə olan təyyarə səfərlərini bahalaşdırmaqla, Anadoludakı rus turistlərinin sayını azaltmağa təsir göstərəcəklər. Bütün bu işlərdə İran Rusiyaya əlindən gələn köməyi edəcək”.
Mehdiyev bunuda qeyd edib ki, Ərdoğanın Putinə etdiyini, indiyədək heç kəs edə bilməmişdi. Heç ABŞ bu qədər qarşıdurmaya getmədi. Putinin burnu ciddi şəkildə sürtülüb.