Rusiyanın “Ədalətli Rusiya” Partiyası qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini Dövlət Dumasına təqdim edib.
AranNews- Rusiyanın “Ədalətli Rusiya” Partiyası qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini Dövlət Dumasına təqdim edib.
“İnterfaks” agentliyinə istinadən xəbər verir ki, qanun layihəsində qondarma “erməni soyqırımı”nı inkar edənlərin 5 il müddətinə azadlıqdan mərhum edilməsini və yaxud da 500 min rubl (təxminən 7800 dollar) cərimə olunmasını nəzərdə tutur.
Qeyd edək ki, dünən Türkiyə sərhədini pozan Rusiyanın SU-24 təyyarəsinin Türkiyənin F-16 qırıcısı tərəfindən vurulmasından sonra ölkələr arasında münasibətlər gərginləşib.