Vəlid Muəllim: "Rusiya qırıcılarının həyata keçirdikləri əməliyyatlar beynəlxalq koalisiyankından 1000 dəfə təsirlidir"
Arannews-“Türkiyə Suriyanın hava sərhədlərini pozub, Rusiya qırıcısının vurulması cinayətdir”
Bu sözləri bu gün Moskvada səfərdə olan Suriyanın xarici işlər naziri Vəlid Muəllim deyib
Moskvada səfərdə olan Suriyanın xarici işlər naziri Vəlid Muəllim deyib: ABŞ – ın başçılıq etdiyi koalisiya qüvvələrinə məxsus qırıcılar indiyə kimi dəfələrlə Suriyanın hava sərhədlərini pozublar.
O əlavə edib ki, Rusiya qırıcılarının həyata keçirdikləri əməliyyatlar beynəlxalq koalisiyankından 1000 dəfə təsirlidir.
Nazir qeyd edib ki, Rusiyanın Suriyaya hava hücumları ilə göstərdiyi dəstəyin sayəsində İŞİD və terrorçuların məhvi üçün sonuncu saniyələrin sayılmağına başlanılıb.
Suriyanın xarici işlər naziri sülh danışıqlarına da reaksiya verib: Problemin sülh yolu ilə həllini alqışlayırıq, ancaq Viyana görüşünü ABŞ, Türkiyə, Ərəbistan və Qətər idarə edir.
Suriyanın xarici işlər naziri Vəlid Muəllim rusiyalı həmkarı ilə görüşmək məqsədi ilə bu gün Moskvaya daxil olub.