Tarix : 2015 Nov 26
Kod 46989

Amerika Rusiyanın Suriyada S-400 zenit raket komplekslərinin yerləşdirməsindən nigarandır

Rusiya Türkiyənin bir rus qırıcı təyyarəsini vurmasından sonra Suriyanın şimal-qərbində Laziqiyyədə S-400 zenit raket komplekslərini yerləşdirmək qərarına gəlib.
Arannews- Fransa İnformasiya Agentliyinin verdiyi məlumata görə, adının açıqlanmasını istəməyən bir Amerika rəsmisi ötən gün deyib: Rusiyanın Suriya hərbi bazasında öz havadan müdafiə sistemini yerləşdirməsi üzrə qərarı Amerika ordusu üçün nigaranedicidir. 
Adının açıqlanmasını istəməyən başqa bir Amerika rəsmisi də deyib: Rusiyanın qərarı və S-400 zenit raket komplekslərinin yerləşdirilməsi koalisiya uçuşlarını təsir altına almamalıdır. 
O bildirib: Amerika Rusiyanın əməliyyatlarında müdaxilə etmək.
Amerika rəsmisi, 30-dan çox T-90 və T-72 rus tankının Laziqiyyəyə göndərilməsinə toxunub və bildirib: Hələlik bu tankların Rusiya ordusu və ya Suriya prezidenti Bəşşar Əsədə sadiq qüvvələr üçün göndərildiyi bəlli deyil.
Moskva Türkiyənin bir rus qırıcı təyyarəsini vurmasından sonra Suriyanın şimal-qərbində Laziqiyyədə S-400 zenit raket komplekslərini yerləşdirmək qərarına gəlib.


  • Yazılıb
  • da (də) 2015 Nov 26
  • Göndərən مدير سايت Aran News