Tarix : 2015 Nov 26
Kod 46990

səudiyyəlilərin dəniz qüvvələri şiddətli hücumlara məruz qalıblar

Yəmən ordusu səudiyyəlilərin beş hərbi gəmisi məhv edib
Arannews- Yəmən ordusunun raket bölməsi Təiz vilayətinin sahillərində, Əlməxa məntəqəsində təcavüzkarlara aid bir hərbi gəmini hədəfə alıb və onu məhv edə bilibdir. Bu, Yəmənin ordusu və xalq qüvvələri tərəfindən iki aydan az bir müddətdə məhv edilən beşinci təcavüzkar hərbi gəmisidir.
Əlməsirə telekanalının məlumatına görə, bir hərbi mənbə deyib: Digər tərəfdən, düşmən qüvvələrinə aid üç hərbi qayıq da məhv edilib.
Belə bir halda, yəmənli qüvvələrin düşmənin hərbi gəmilərinə qarşı əməliyyatı düşmənin Yəmənin qərb sahillərindəki qüdrətinin zəifləməsinə səbəb olub. Təcavüzkarların tabeliyində olan medialar bundan öncə etiraf etmişdilər ki, onların dəniz qüvvələri şiddətli hücumlara məruz qalıblar.


  • Yazılıb
  • da (də) 2015 Nov 26
  • Göndərən مدير سايت Aran News