Tarix : 2015 Nov 26
Kod 46993

İran Islam Respublikasi Tunisdəki terror hücumlarını pislədi

Cabir Ənsari: "bu terror hücumları Tunisin xalq inqilabının nailiyyətləri, təhlükəsizlik və stabiliyini hədəfə alıbdir"
Arannews- İran Xarici İşlər Nazirliyinin sözçüsü Tunisdəki terror hücumlarını pisləyib.
Sadıq Hüseyn Cabir Ənsari Tunisdəki terror hücumlarını pisləyərək, deyib ki, bu terror əməliyyatı Tunisin xalq inqilabının nailiyyətləri, təhlükəsizlik və stabiliyini hədəfə alıbdır.
Cabir Ənsari Tunisin xalqı və dövlətinə başsağlığı verərək, deyib: Ümidvarıq ki, Tunisin xalqı və dövləti öz həmrəyliyi və birliyini davam etdirməklə Tunis inqilabının amallarını qoruyacaq.
Dünən Tunis prezidentinin qvardiya qüvvələrini daşıyan avtobusun hərəkəti yolunda bomba partlayışı bu ölkənin təhlükəsizlik qüvvələrindən iyirmi nəfərin ölməsi və bir qrupun yaralanması ilə nəticələnib.


  • Yazılıb
  • da (də) 2015 Nov 26
  • Göndərən مدير سايت Aran News