Tarix : 2015 Nov 26
Kod 46994

Azərbaycan Prezidenti, bir neçə Azərbaycanli diplomatı geri çağırıb

İlham Əliyev, bir neçə Azərbaycanli diplomatın vəzifələrindən geri çağırılmaları haqqında sərəncamlar imzalayıb.
AranNews- Prezidenti bu sərəncamla, H.Zeynalov Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu və eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsini vəzifələrindən geri çağırıb.
Prezident İlham Əliyev həmçinin Murad Nizami oğlu Nəcəfbəylinin Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Elxan Cahangir oğlu Qəhrəmanovun Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri, Tofiq Nadir oğlu Zülfüqarovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılmaları haqqında sərəncamlar imzalayıb.
Dövlət başçısının digər sərəncamları ilə Vəhdət Məmmədağa oğlu Sultan-zadə Azərbaycan Respublikasının Türkmənistanda və eyni zamanda Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Zakir Arif oğlu Həşimov isə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.

  • Yazılıb
  • da (də) 2015 Nov 26
  • Göndərən مدير سايت Aran News