Tarix : 2015 Nov 27
Kod 47004

Nardaran Ağsaqqallar Şurasının sədri Nardaranın hazırkı durumu barədə danışdı

Hacı Natiq Kərimov Nardaranda hazırda vəziyyətin stabil olduğunu bildirib.
Arannews- Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimov Nardaranda hazırda vəziyyətin stabil olduğunu bildirib.
Azəri televiziyasının Xəbər buraxılışı ilə canlı bağlantıda Hacı Natiq Kərimov Nardaranda hazırda durumun stabil olduğuna toxunub və deyib: Medialarda Nardaran ağsaqqallarının rayon rəhbərliyi ilə danışıqlara başlaması ilə əlaqədar yayımlanan xəbərlər həqiqəti əks etdirmir. 
Qeyd edək ki, medialarda Nardaran ağsaqqallarının rayon rəhbərliyi ilə danışıqlara başlaması barədə xəbərlər yayımlanmışdı. 
Hacı Natiq Kərimov hakimiyyətdə bəzi qrupların vəziyyətdən sui-istifadə etmək üçün Nardaranda insanları terrorçu kimi qələmə verməyə cəhd göstərdiklərini deyib. 
"Nardaranda əhalisi şiədir və onlar arasında terrorçuların olması kimi irəli sürülən ittihamlar absurddur" -deyə Natiq Kərimov əlavə edib. 
Kərimov həlak olanların hələ də dəfn olunmaq üçün ailələrinə verilmədiyini də qeyd edib.


  • Yazılıb
  • da (də) 2015 Nov 27
  • Göndərən مدير سايت Aran News