Tarix : 2015 Nov 28
Kod 47012

Türkiyədə Müəllimlər Günündə həbs olanlar var

Manisa şəhərində polisin Müəllimlər Günündə keçirdiyi nifrət əməliyyatında nəzarət altına aldığı 7-i müəllim, 10 nəfər həbs olundu.
AranNews.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Manisada polisin Müəllimlər Günündə keçirdiyi nifrət əməliyyatında nəzarət altına aldığı 7-i müəllim, 10 nəfər həbs olunub. Müəllimlər Günündə 7 müəllimin tələbələrinin gözləri önündə nəzarətə alınmasına Manisa Büro sədri Əli Arslan sərt reaksiya göstərib: "Yeddi müəllim cəzalandırılmaq üçün tələbələrin gözü qarşısında saxlanılıb. Bu etibarsızlaşdırmanı qəbul etmirik. Bunun ictimaiyyətdə də qəbul edilmədiyini görürük". Manisa Məhkəməsində çıxacaq qərarı gözləyən müəllimlərin ailələri, həmkarları və sevənləri həbs qərarı qarşısında təəssüf hissi keçirib.
Müəllimlərin ailələri və sevənləri göz yaşları içərisində görüntülənib. Ailələri həbs olunan müəllimlərin həmkarları təsəlli edib. Həbs olunan müəllimlərdən birinin vəkili çıxışda ailələrə verdiyi açıqlamada deyib: "Hamısı həbs olundu. Bir həftə içərisində etirazımızı edəcəyik. Hamınıza keçmiş olsun. Həbs olunma əsası olaraq terrora maliyyə təmin etmək və terror təşkilatı üzvlüyü göstərilib".
  • Yazılıb
  • da (də) 2015 Nov 28
  • Göndərən مدير سايت Aran News