Tarix : 2015 Nov 28
Kod 47013

Azərbaycanda öldürülən polislər əliyevlər rejimi tərəfindən öldürülüb

Resursun dediyinə görə, sistemin belə bir addım atması olayın daha da gərginləşib təbii alınması üçün olub.


AranNews-
Rejim öldürdükləri polislərin cəsədlərin qüsul-kəfənsiz, meyyit namazı qılınmadan və təlqin demədən, Yasinsiz bir sözlə lap bu rejimə layiqli şəkildə orkestrin ifasında bastırıblar.

26 Noyabr, 2015 tarixdə əliyevlər sülaləsinin Nardaranda keçirtdiyi anti-Şiə əməliyyatı zamanı öldürülən polislərin qatilləri məlum oldu.
Adının açıqlanmasını demək istəməyən resursun bildirdiyinə görə, polislər - Vüqar Nəsibov və İsmayıl Tağıyev sisten işçiləri tərəfindən öldürülüblər. Resursun dediyinə görə, sistemin belə bir addım atması olayın daha da gərginləşib təbii alınması üçün olub.
“Məhz elə buna görə də, öldürdükləri polis meyyitlərinin üzərində heç bir tibbi ekspertiziya aparmadan, tez bir zamanda onlara “şəhid” adı verilərək daxili işlər naziri general-polkovnik Ramil Usubov, baş prokuror Zakir Qaralov, milli təhlükəsizlik nazirinin birinci müavini, nazir əvəzi general-leytenant Mədət Quliyev və başqa yüksək rütbəlil çinovniklərin iştirakı ilə II Fəxri xiyabanda dəfn ediblər.” – deyə mənbə bildirib.
Amma rejimin dilincə desək “polis şəhidlərin” dəfn mərasimi çox maraqlı alınıb.
Belə ki, “şəhidlər” qüsul və kəfənsiz tabuta qoyularaq, onlara meyyit namazı qılınmadan və təlqin deyilmədən, Yasinsiz bir sözlə lap özlərinə layiqli şəkildə orkestrin ifasında bastırılıblar.
P.S: Bu necə şəhid yola salmaq ki, millətin nümayəndəsindən heç süpürgəçi belə "dəfn" mərasimində iştirak etmədi.
  • Yazılıb
  • da (də) 2015 Nov 28
  • Göndərən مدير سايت Aran News