Bildiyiniz kimi bu qurum işgəncələr yolu ilə insanları hər bir izahat yazmasına məcbur edə bilir.
AranNews- Məlumatda deyilir ki, ona “Bandotdel”də işgəncələr verilir ki, ölkədə terror aktları təşkil edəcəyini desin və bunu televiziya vasitəsi ilə xalqa çatdırsınlar.
24 Oktyabr 2015-ci ilin Tasua və Aşura mərasimində yaşanan faciələrdən sonra əliyevlər rejimi Ərbəin mərasimi ərəfəsində öz xiyalında Şiələrə ağır zərbə vurdu.
Hadisə gün kimi hamıya məlumdur. 26 Noyabr 2015 tarixdə, Bakı vaxtı ilə 13:00-da zibil maşını ilə Nardarana soxularaq 4 silahsız Şiəni Şəhid etmiş Hacı Tale başda olmaqla 14 nəfəri və Şəhidlərin cəsədlərini özləri ilə naməlum istiqamətə aparıbalr.
Bu gün aldığımız məlumata görə, Tale Bağırzadə həbs olunduğu gün birbaşa Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsinə aparılıb. Hal-hazırda onun orada saxlanılması gizli saxlanılır.
Eyni zamanda məlumatda deyilir ki, ona “Bandotdel”də işgəncələr verilir ki, ölkədə terror aktları təşkil edəcəyini desin və bunu televiziya vasitəsi ilə xalqa çatdırsınlar.
Qanunvericiliyə görə teror aktları və kütləvi ixtisaşlar üzrə işlər Milli Təhlükəsizlik Nazirliyi səlahiyyətindədir. Lakin bildiyiniz kimi bu qurumu yox halına gətirdiklərindən bu işi hal-hazırda Bandotdelə həvalə ediblər.
Bildiyiniz kimi bu qurum işgəncələr yolu ilə insanları hər bir izahat yazmasına məcbur edə bilir. Hal-hazırda ona məxsus facebook səhifəsi “Bandotdel” tərəfindən kodu öyrənilərək, bağlanılıb.