AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətinə mövqeyinin dəyişəcəyi ilə bağlı fikirlərin real əsasları olmayıb.
AranNews- Seçkilərdən sonra hökumət tərəfindən vətəndaş cəmiyyəti ilə münasibətlərdə müəyyən müsbət addımların atılacağı ilə bağlı fikirlər sələndirilirdi. Belə ki, müxalifət sıralarından belə, hakimiyyətin Qərblə münasibətləri bərpa etməsi bəhanəsi ilə ölkə daxilində demokratik islahatların olacağı real sayılırdı. Lakin proseslər gözləndildiyi kimi inkişaf etmədi. Belə ki, Aərbaycan hüquq müdafiəçilərinə qarşı təqibləri dayandırmağa çağıran sənədə səs vermədi. Noyabrın 25-də BMT-nin Baş Assambleyası “Hüquq müdafiəçilərinin müdafiəsi” adlı qətnamə qəbul edib. Qətnamədə deyilir ki, BMT-nin Baş Assambleyası üzv dövlətlərin hamısını hüquq müdafiəçilərinə qarşı hər cür təqib hərəkətlərindən çəkinməyə və onlara hörmətlə yanaşmağa çağırır. Ekspertlər Azərbaycanın həmin addımını bu vaxat qədər reallaşdırdığı siyasətin davam etdirəcyinə bir işarə olduğu da aydın sezildiyini bildirirlər.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətinə mövqeyinin dəyişəcəyi ilə bağlı fikirlərin real əsasları olmayıb: “Vaxtaşırı hakimiyyətə yaxın mediada ictimaiyyəti aldatmaq üçün müəyyən informasiyalar dövriyyəyə buraxılırdı. Guya hansısa kadr, iqtisadi, sisyasi, sosial islahatlar olacaq. Bu məlumatlarla cəmiyyətdə müəyyən zamanlar üçün gözləntilər formalaşdırılırdı. Heç vaxt bu cür məlumatlar öz təsidiqni tapmır. Hakimiyyət daxili siyasətində sərtləşmə kursunu götürüb.
Demokartik qüvvələrə, vətəndaş cəmiyyəti üzvlərinə qarşı repressiv üsullarla davranmağa üstünlük verir. Bu daha çox indiki halda onunla bağlıdır ki, cəmiyyətdə iqtisadi böhranla bağlı yaranan çətinlik daha da dərinləşir. İnsanlarda qorxu mühitini yaratmaq üçün hökumət repressiyalara ehtiyac duyur. Bu baxımdan, düşünürəm ki, hökumətin bu cür addımları davam edəcək. Həmin vaxt hər hansı dəyişiklikdən danışmaq doğru olardı ki, hakimiyyət doğrudan da ölkədəki vəziyyətin ciddiliyini nəzərə alıb, islahatlar istiqamətində təşəbbüslər göstərsin. Ən azı iqtisadi sahədə müəyyən cəhdlər edilmiş olsaydı müəyyən ümidlər yarana bilərdi.
Hökumətin vətəndaş cəmiyyəti ilə bağlı islahatları sıfıra bərabərdir. Amma heç bir sahədə dəyişiklik meylini hiss etmiriksə, ölkənin bütün resursları, vəziyyəti daha da gərginləşdirməyə, ictimai rəyi qorxu ilə idarə etməyə yönəlib. Hələlik hakimiyyətdən bu istiqamətdə müəyyən müsbət addımlar gözləməyə dəyməz”.