Ərdəbilin imam cuməsi, Ayətullah Amili, Azərbaycanda polis və Nardaran camaatı arasında qarşıdurmani həm dövlətin, həm də xalqın başı aşağı etdiyini, bildirib.
AranNews- Ayətullah Amili cümə namazının xütbələrində dünən Bakının Nardaran kəndində baş verən hadisəyə toxunaraq deyib: “Azərbaycanda dünən baş vermiş hadisə bizi narahat edir”.
Ərdəbilin imam cüməsi deyib: “Xalq bütün məsələlərdə həmişə alimlərə müraciət edib. Azərbaycanda dünənbaş verən hadisələrə görə həm Azərbaycan Respublikası, həm də İran azəriləri tərəfindən bizə çoxlu müraciətlər edilib, baş verən hadisə ilə bərk narahat olduqlarını bildiriblər. Ümid edirik ki, Azərbaycan dövləti öz tədbiri ilə vəziyyətin daha ağırlaşmasına icazə verməyəcək”.
Ayətullah Amili deyib: “1357 (1979)-ci ildə İslam İnqilabı baş verdikdə heç kim inanmırdı ki, inqilab o həddə çiçəklənəcək və inkişaf edəcək ki, super-güc bir ölkənin prezidenti bizim ölkəmizi özünə strateji ortaq seçəcək və ölkənin prezidenti bütün diplomatik qarşılanmanı tərk edərək təvazökarlıqla İslam İnqilabı Rəhbərinin məhzərində hazır olacaq və dünyada baş verən məsələlər barədə bir saat yarım müzakirəyə məşğul olacaq”.
Həzrət Ayətullah Amili bu izzəti qonşu ölkənin zilləti ilə müqayisə edərək, onun bir səhvlə həm özünü, həm də xalqını başı aşağı etdiyini, hər bir saxtakarlıqla ölkəsi və xalqı üçün digər bir zillət yaratdığını deyib.
“Xalqların izzət və zilləti hökumətlərin əməllərinə bağlıdır.Ölkə üçün yaranmış bu müstəsna mövqeiyyətdən başa düşürük ki, xalqın İmam Xomeyni (rh) və Ali Məqamlı Rəhbərin başçılığı iləmüqavimətə əsaslanan getdiyi yol, düz yol olmuşdur və bizim gələcəyimiz də yenə bu siyasətlərin davamındadır”-deyə imam cümə bildirib.
O, Rusiya dövlətinin ticarət və öz qida ehtiyaclarını təmin etmək üçün Türkiyənin əvəzinə İran və Mərakeşi seçəcəyinə və digər tərəfdən Putinin İrana səfərində İran üçün 5 milyardlıq yol açmasına toxunaraq deyib: “Bu müstəsna fürsət ölkəmizin icra aparatı rəsmilərinin öz qabiliyyətlərini göstərmək üçün böyük imtahandır”.
Xatirlatmaliyiq ki, Azərbaycanda polis və Nardaran camaatı arasında qarşıdurmada 6 nəfər həlak olub və neçə nəfər yaralanıb. Həmçinin, polis “Müsəlman Birliyi Hərəkatı”nın sədri Hacı Tale Bağırovu və bir neçə nəfəri həbs edib.
Daxili İşlər Nazirliyi rəsmi açıqlamasında bildirib: “Bu əməliyyat “Müsəlman Birliyi” adlanan qrupun başçılarını həbs etmək məqsədilə həyata keçirilmişdir və əməliyyatda 4 nəfər ekstremis və iki polis əməkdaşı həlak olub”.