Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüşün yeri və vaxtı dəyişdirilib.
AranNews- Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüşün yeri və vaxtı dəyişdirilib.
bu barədə Ermənistanın “Qraparak” qəzeti bu ölkənin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadla məlumat verib.
Qəzetin yazdığına görə, Paris artıq görüşlər üçün münasib məkan sayılmır.
Qeyd edilir ki, müvafiq qərar Fransa paytaxtında törədilən silsiləvi terror aktlarından sonra qəbul edilib.
Bildirək ki, “Qraparak" qəzeti bir müddət əvvəl prezidentlərin dekabrın 1-də Parisdə görüşəcəkləri barədə xəbər yaymışdı.