Tarix : 2015 Nov 29
Kod 47019

putin, Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb

bu tədbirlər Rusiya ərazisində müvəqqəti yaşamaq hüququna malik Türkiyə vətəndaşlarına, həmçinin Türkiyənin Rusiyadakı diplomatik missiyalarının işçilərinə və onların ailə üzvlərinə şamil edilməyəcək.
AranNews-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir. Məlumata görə, fərman dərc edilib və noyabrın 28-də qüvvəyə minib.
Fərmanla müəyyən edilmiş tədbirlər ləğv edilənədək sənədin qüvvədə qalması nəzərdə tutulur.
Məlumata görə, qadağan olunmuş malların (Avrasiya İqtisadi İttifaqının qaydalarının icazə verdiyi şəxsi istifadə üçün həcmlər istisna olunmaqla) siyahısı Rusiya hökuməti tərəfindən tərtib edilir.
Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladinir Putin digər tərəfdən 2016-cı ilin yanvarın 1-dən Türkiyə ilə viza rejiminin dayandırılmasına dair göstəriş verib.
bu tədbirlər Rusiya ərazisində müvəqqəti yaşamaq hüququna malik Türkiyə vətəndaşlarına, həmçinin Türkiyənin Rusiyadakı diplomatik missiyalarının işçilərinə və onların ailə üzvlərinə şamil edilməyəcək.
“Rusiya hökuməti tərəfindən tərtib olunan siyahıya daxil edilməyən iş verənlərə, iş (xidmət) sifarişçilərinə 2016-cı ilin yanvarın 1-dən Türkiyə vətəndaşlarının əmək fəaliyyətinə, işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edilməsinə qadağa qoyulub”, deyə məlumatda bildirilir.
Qeyd edək ki, Vladinir Putin həmçinin Rusiyada Türkiyə yurisdiksiyasında olan təşkilatların fəaliyyətinə qadağa qoyub.
  • Yazılıb
  • da (də) 2015 Nov 29
  • Göndərən مدير سايت Aran News