Iraqin mosul şəhərinin İŞİD-in işğalından azad etmə əməliyyatının tezliklə Şimali İraq Kürd Muxtariyyəti və Mosulun cənubundan başlayacağ
Arannews- İraqın müdafiə naziri Xalid Əl-Ubeydi Mosul şəhərinin İŞİD-in işğalından azad etmə əməliyyatının tezliklə Şimali İraq Kürd Muxtariyyəti və Mosulun cənubundan başlayacağını bildirərək, əməliyyatın İŞİD-i məğlub etmə məsələsində dönüş nöqtəsi olacağını deyib.Sputnik
Əl-Ubeydi bunu noyabrın 12-də İŞİD-in işğalından azad edilən Mosulun Sincar bölgəsinə səfəri zamanı mətbuata verdiyi açıqlamasında qeyd edib.
"Mosulun İŞİD-in işğalından azad etmək üçün xilas etmə əməliyyatı yaxın günlərdə Şimali İraq Kürd Muxtariyyəti və Mosulun cənubundan başlayacaq", - deyə Əl-Ubeydi bildirib.
Ubeyd Sincarda olan və İŞİD-in intensiv hücumlarına məruz qalan yezidi qüvvələrin silahlandırılması üçün müraciət etdiklərini söyləyib: "Xüsusi Yezidi Hərbi Qüvvələrinin silahlandırılması üçün baş nazir Heydər Əl-Ubeydiyə tələb göndərmişik və bu tələb yaxın günlərdə həyata keçiriləcək".
Ənbardakı hərbi əməliyyatların plan daxilində irəlilədiyini deyən Əl-Ubeydi İŞİD-in nəzarətindəki Ramadi şəhərinin təhlükəsizlik qüvvələrinin mühasirəsində olduğunu bildirib.