Tarix : 2015 Nov 29
Kod 47021

Türkiyə mediası İlham Əliyevin barışıq cəhdini rusiyayönlülük kimi qələmə verib

Medianın Prezident İlham Əliyevin fikirləri kimi dərc etdiyi yazı əslində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun fikirləridir.
AranNews- Türkiyənin turkiyegazetesi.com.tr saytı Azərbaycan Prezidenti İlham Əliyevin yuxarıdakı fikri barədə yanlış yazı dərc edib.
Sayt Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə xarici işlər naziri Mövlud Çavuçoğlunun Bakıya rəsmi səfəri zamanı keçirilən görüşdə Rusiya-Türkiyə arasındakı mövcud gərginlik barədə dediyi fikirləri təhrif edərək, rusiyayönlülük kimi qələmə verib.
Əslində saytın dərc etdiyi informasiya reallığı əks etdirmir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya-Türkiyə gərginliyinə toxunaraq, iki ölkə ilə münasibətlərinin tarixi keçmişə söykəndiyini, gərginlikdən narahat olduğunu dilə gətirib.
Həmçinin Azərbaycan Milli Məclisində keçirilən görüş zamanı çıxış edən MM sədri Sədri Oktay Əsədov da Türkiyə və Rusiya münasibətlərində son günlərdə baş verən proseslərdən narahat olduqlarını deyib. Türkiyənin Azərbaycan üçün dost və qardaş ölkə, Rusiyanın da mühüm bir qonşu olduğunu xatırladan Əsədov, "Arzu edirik ki, iki ölkə arasında gərginlik ən qısa zamanda ortadan qalxsın. Azərbaycan da bu istiqamətdə nə edilməsi lazımdırsa hazırdır", - deyib.
Medianın Prezident İlham Əliyevin fikirləri kimi dərc etdiyi yazı əslində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun fikirləridir. Türkiyəli diplomat görüş zamanı ölkəsi ilə Rusiya arasında yaranmış gərginlikdən danışıb: “Rusiya ilə aramızda təyyarənin vurulması ilə bağlı bir gərginlik oldu. Biz beynəlxalq hüquqdan qaynaqlanan haqlarımızı istifadə etdik. Sərhədlərimizi pozan, milliyyəti bəlli olmayan bir təyyarə idi. Xəbərdarlıqlara cavab vermədi. Rus təyyarəsi olduğu da məlum deyildi. Biz gərginliyin tərəfdarı deyilik. Bu problemi diplomatik yolla dəf edəcəyimizi düşünürük. Eyni anlayışı “qonşumuz, dostumuz Rusiya”dan da gözləyirik. Ağıllı bəyanatlar və davranışlar gözləyirik. Lavrovla da telefonla danışdım. Yaxın günlərdə 3-4 dekabr tarixlərində Belqradda görüş barədə həmfikir olmuşuq. Yaxın günlərdə gəginliyin azalacağını düşünürəm. Bu məsələdə qardaş Azərbaycanın obyektiv və balanslı mövqeyini da alqışlayırıq".
  • Yazılıb
  • da (də) 2015 Nov 29
  • Göndərən مدير سايت Aran News