Tarix : 2015 Nov 29
Kod 47025

Dunya Miyatoviç, Nardaranda jurnalistlərin hücuma məruz qalmasını qınayıb

ATƏT-in media azadlığı üzrə nümayəndəsi ,Nardaran hadisəsi zamanı jurnalistlərə edilən hücumu insan haqları və söz azadlığının pozulması adlandırıb.
Arannews- ATƏT-in media azadlığı üzrə nümayəndəsi Nardaranda jurnalistlərin hücuma məruz qalmasını qınayıb.
Dunya Miyatoviç jurnalistlərə verdiyi müsahibədə 26 noyabr tarixində Nardaranda cərəyan edən hadisələr zamanı jurnalistlrin hücuma məruz qalmasını pisləyib. 
Dunya Miyatoviç islamçılara hücum edən şəxslərin kimliyinin məlum olmadığını deyərək, əlavə edib: Polisin Nardaran qəsəbəsində həyata keçirdiyi əməliyyat zamanı naməlum şəxslər xalq etirazlarının işıqlandırılmasını önləmək üçün ATV telekanalının müxbirini döyüblər. 
ATƏT-in nümayəndəsi bu telekanala məxsus olan avtomobilə də bu hadisə zamanı zərər və ziyanların yetirildiyini bildirib. 
Dunya Miyatoviç Nardaran hadisəsi zamanı jurnalistlərə edilən hücumu insan haqları və söz azadlığının pozulması adlandırıb. 
Azərbaycan polisi noyabrın 26-da Nardaran qəsəbəsində bir məscidə hücum edəib. Bu hadisə nəticəsində 2-si polis olmaqla 7 nəfər həyatını itirib. Hadisədə onlarla nəfər də yaralanıb. 
Nardaran hadisəsinin ardınca islamçıların internet səhifələri senzura edilib.


  • Yazılıb
  • da (də) 2015 Nov 29
  • Göndərən مدير سايت Aran News