hadisədən dərhal sonra 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən Fərahim Bünyatov aldığı xəsarətdən orada dünyasını dəyişib.
Arannews- Bakının Nardaran qəsəbəsində baş verən hadisə zamanı yaralananlardan daha biri dünyasını dəyişib. Bu barədə Nardaran sakini Məşədi Natiq Kərimov məlumat verib.
Onun sözlərinə görə, hadisədən dərhal sonra 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən Fərahim Bünyatov aldığı xəsarətdən orada dünyasını dəyişib.
Məşədi Natiq Kərimov qeyd edib ki, F. Bünyatovun qardaşı Rafael Bünyatov da hadisə zamanı öldürülüb.
O həmçinin bildirib ki, hadisə zamanı dünyasını dəyişənlərin meyitləri yaxın saatlarda ailələrinə təhvil veriləcək: “Hadisə zamanı öldürülən Abbas Hüseyn Gəncə, Sərvan Səfərov isə Masallı sakinidir. Onların meyitləri öz rayonlarına göndəriləcək. Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşlarının meyitləri isə Nardarana gətiriləcək. Onlar burada dəfn olunacaqlar”.