Tarix : 2015 Nov 29
Kod 47029

Ərəbistan xalqı Ali-Səud rejiminin repressiyalarına etiraz olaraq, aksiya keçirib

Ərəbistanlı etirazçılar edama məhkum olunmuş siyasi məhbusların azadlığını tələb ediblər
Arannews- Ərəbistan xalqı Ali-Səud rejiminin repressiyalarına etiraz olaraq, aksiya keçirib.
səudiyyə başçılarının bir gündə əllidən çox məhbusun edamı üzrə planının icrası ərəfəsində təqribən minlər şiə etirazçısi Ərəbistanın şərqindəki Əvamiyyə şəhərindəki bir məscid qarşısında aksiya keçirib.
Ərəbistanlı etirazçılar edama məhkum olunmuş siyasi məhbusların azadlığını tələb ediblər.
Yayılan məlumatlara əsasən, həbs olunduğu zaman təkcə on yeddi yaşı olmuş ərəbistanlı mübariz ruhani- Şeyx Nimr Baqir Əl-Nimrin qardaşı oğlu- Əli Əl-Nimr Ərəbistanda bir gündə edam olunması qərara alınmış onlarla nəfərdən biridir.
Ərəbistanda çıxan Əkaz qəzeti son zamanlar bir reportajda yazıbdır ki, Ali-Səud başçılarının "terror hərəkətləri" adlandırdıqları cinayət ittihamı ilə 55 nəfər tezliklə edam olunacaq.


  • Yazılıb
  • da (də) 2015 Nov 29
  • Göndərən مدير سايت Aran News