Fələstin radiolarını bağlamaq sionisti rejimin həqiqətlərin ictimailəşdirilməsinin önünü almaq üzrə mütəşəkkil hərəkətindən xəbər verir.
Arannews- Sionist rejim cinayətlərinin ifşa edilməsinə mane olmaq üçün fələstinlilərin daha iki radiosunu bağladı.
Fələstinin Nas Radiosunun müdiri Tarıq Soytat deyib: sionist rejimi tərəfindən fəaliyyətimizin dayandırılacağı barədə yazılı xəbərdarlıq almışıq.
Soytat əlavə edib: Sionistlər bu xəbərdarlıqda bildiriblər ki, kobudluğa təhrik ifadələrindən istifadə ediləcəyi təqdirdə, radiomuzu bağlayacaq və təchizatlarımızı müsadirə edəcəklər.
Fələstinin informasiya nazirinin müavini Mahmud xəlifə də deyib: İki həftə öncə İsrail ordusu əl-Xəlil şəhərində iki radio və televiziya kanalını bağlayıb və onların təchizatlarını müsadirə edib. Bu gün də daha iki kanalı bağlamaqla təhdid edib. Aydın olur ki, onlar hələ də gərginlik yaratmaq ardıncadırlar.
Xəlifə əlavə edib: Fələstin radiolarını bağlamaq sionisti rejimin həqiqətlərin ictimailəşdirilməsinin önünü almaq üzrə mütəşəkkil hərəkətindən xəbər verir.
Oktyabr ayının əvvəlindən Fələstinin bir çox radio və televiziya kanalı Fələstinin milli himnini səsləndirmək və fələstinli gənclərlə İsrail hərbçiləri arasındakı toqquşmaları birbaşa şəkildə efirə verməklə ictimaiyyətin məlumatlandırılması istiqamətində hərəkət ediblər.
Bu müddət ərzində sionist qəsəbə sakinləri və sionist hərbçiləri 105 fələstinlini şəhid ediblər.
İndiyə kimi çıxan toqquşmalarda 17 sionist rejimi hərbçisi və sionist qəsəbə sakinləri də öldürülüb.