Həbs zamanı haci elman fiziki təzyiqə məruz qalib.
Arannews- ilahiyyatçı hacı Elman Ağayev həbs edilib.
Məlumata görə, Lənkəranın Digah qəsəbəsində yaşayan Elman Ağayev evində pilos tərəfindən tutularaq, aparılıb.
Elman Ağayevin harda saxlanılması məlum deyil.
Qeyd edək ki, Baş Prokurorluq və DİN Nardaranda baş vermiş silahlı insidentlə bağlı birgə bəyanatında ilahiyyatçılar Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatova qarşı ittihamlar irəli sürülmüşdü. Elman Ağazadə Lənkəran camaatı tərəfindən himayə edildiyinə görə, polis onun həbsini təxirə salmışdı.