aksiyaçılar bu ölkə məhkəmələri tərəfindən çıxarılmış hökmləri zalımcasına adlandırıb və Bəhreyndə Əlvifaq cəmiyyətinin rəhbəri olan Şeyx Əli Salman başda olmaqla dini məhbusların azadlığa buraxılmalarını istəyiblər.
Arannews- Bəhreyn xalqı bazar günü etiraz aksiyası keçirərək, bu ölkənin siyasi fəallarına qarşı edam hökmlərinin çıxarılmasını pisləyibdir.aksiyaçılar şüarlar verərək, bu ölkə məhkəmələri tərəfindən çıxarılmış hökmləri zalımcasına adlandırıb və Bəhreyndə Əlvifaq cəmiyyətinin rəhbəri olan Şeyx Əli Salman başda olmaqla dini məhbusların azadlığa buraxılmalarını istəyiblər.
Bəhreyn 2011-ci ilin 14 fevralından hakim rejimə və bu ölkə xalqına qarşı dini ayrı-seçkiliklərin tətbiq olunmasına qarşı xalq etirazları səhnəsidir. Həmin etirazlar gedişində Ali-Xəlifə rejimi indiyədək bu ölkə vətəndaşları üçün müxtəlif hökmlər, o sıradan edam, uzunmüddətli həbslər və Bəhreyn vətəndaşlarının vətəndaşlıqlarının ləğvi hökmlərini veribdir.