aparıcı türk şirkәtlәrinin Rusiya bazarını tәrk edәcәyinә inanmaq mümkün deyil. Ola bilәr ki, şirkәtlәr tәzyiqlәrdәn qaçmaq üçün Azәrbaycan bayrağı altına keçsinlәr.
AranNews- Yaxın aylarda Moskvada vә digәr rus şәhәrlәrindә fәaliyyәt göstәrәn türk şirkәtlәrinin Azәrbaycan bayrağı altına keçәcәyi gözlәnilir.
Bu barәdә Rusiyanın tanınmış hüquq firmalarından birinin tәsisçisi olan Vitaliy Mojarovski Türkiyә qırıcıları tәrәfindәn Rusiyaya mәxsus Su24 bombardman tәyyarәsinin vurulmasından sonra yaranmış şәraiti şәrh edәn zaman bildirib.
“Mәn әminәm ki, vәziyyәt әgәr doğrudan da tәhlükә yaradacaqsa, onlar bu imkandan yararlanacaqlar. O zaman onları kim seçә bilәcәk?” deyә hüquqşünas bildirib.
Mojarovski Rusiyada türk iş adamlarına qarşı hәyata keçirilәn tәqiblәr fonunda danışıb. Türkiyә telekanallarının mәlumatına görә, bәzi iş yerlәrindәn türk iş adamlarını polisә apararaq deportasiya edir vә ya xüsusi izolyatorlarda saxlayırlar.
Rusiyalı hüquqşünas Türkiyә şirkәtlәrinin Rusiyada çox önәmli mövqelәr tutduğunu, çox sayda layihәlәr hәyata keçirdiyini bildirib.
Onun fikrincә, hәmin layihәlәri yalnız böyük itkilәr hesabına dayandırmaq mümkündür.
Türkiyә şirkәtlәri Rusiyada әsasәn tikinti sektorunda çalışırlar. Onlar 1990cı illәrdәn bu ölkәdә möhkәmlәniblәr vә indi әsasәn baş podratçı kimi çalışırlar. Onların subpodratçıları isә Rusiya şirkәtlәridir vә çox hәvәslә bu layihәlәri Türkiyә şikrәtlәrindәn almağa hazırlaşırlar.
Amma Rusiya ekspertlәri rus şirkәtlәrinin baş podratçı funksiyasını yerinә yetirәcәyinә şübhә ilә yanaşırlar. Türkiyә şirkәtlәri Rusiyada әn yaxşı monolit inşaatçıları kimi tanınırlar. 1990cı illdәrdә bu işi yalnız türk şirkәtlәri bacarırdı, indi yerli şirkәtlәr dә müәyyәn qәdәr inkişaf ediblәr. Amma bununla belә layihәlәrin qalan әyәrәksiklәrini düzәltmәk imkanında deyillәr.
Hazırda Rusiyanın tikinti bazarında dördbeş güclü türk şirkәti fәaliyyәt göstәrir. Onlar adәtәn özlәri tikintiyә vәsait yatırmırlar.
Amma iki şirkәt iri layihәlәrә pul yatırıb. Bu layihәlәrdәn biri “Moskva – Siti”dәki “Rusiya” qüllәsidir. Bu iş mәrkәzinin sәhmlәrinin 50%I Türkiyә şirkәtinә mәxsudur. Başqa bir türk şirkәti isә Moskvanın Nijeqorodsk rayonunda yaşayış massivi tikir.
“Baş podratçılarla münasibәtlәri kәsmәk yetәrincә asandır, amma müqavilәnin dayandırılmasına görә cәrimә ödәmәk lazımdır. Bu, Mülki Mәcәllәdә nәzәrdә tutulmuş yeganә yoldur”, deyә Vitali Mojarovski vurğulayır.