Tarix : 2015 Nov 30
Kod 47042

Nardaran kəndi son qərarını verdi - meydan boşaldılır

Nardaran sakinləri bu gün qəsəbədəki Hüseyniyyə (“İmam Hüseyn”) məscidində toplaşaraq müzakirələr aparıb və hökumətin işıq, su məsələsini həll edəcəyini ümid edirlər.
AranNews- Nardaran kəndində ağsaqqalların davam edən toplantısı qərarla başa çatıb. kənd ağsaqqalları çıxışlarında bildiriblər ki, hökumətin təklifi dəyərləndirilməlidir.
Ağsaqqalların sözlərinə görə, hökumətdən gələn təklif, "İmam Hüseyn" meydanın boşaldılması və cənazələrin geri qaytarılmasıdır.
Kənd ağsaqqalları bildiriblər ki, meyitlər verildikdən sonra 5 nəfər kənd ağsaqqalı hökumət nümayəndələri ilə danışığa gedəcək.
"İmam Hüseyn" meydanı boşaldıldıqdan sonra kənd ağsaqqalları hökumətin işıq, su məsələsini həll edəcəyini, yollarda qurulan postların götürüləcəyini ümid edirlər.
Danışıqların sonunda yekun qərar verildi və "İmam Hüseyn" meydanı bu gün boşaldılır.
Bir neçə nəfər hökumətin danışıqlarda necə mövqe göstərəcəyindən ehtiyatlanır. Onlar bu danışıqlara heç kimin qaranti verməməsindən narahatdırlar.

  • Yazılıb
  • da (də) 2015 Nov 30
  • Göndərən مدير سايت Aran News