Arannews- Rusiyanın Liberal-Demokrat Partiyasının lideri olan Vladimir Jirnovski İstanbulun atom bombası ilə dağıdılmasını təklif edib.
Moskva radiosuna danışan Jirinovski Rusiya qırıcısını vurduğu üçün Türkiyədən intiqamın alınmasını istəyib və təklif edib ki, Rusiya İstanbula atom bombası atsın. O deyib: “İstanbulu yox eləmək bizim üçün çətin deyil. Dənizin ortasına bircə atom bombası atsaq, yaranan sunami 9 milyonluq (!) şəhəri yerlə bir edər”.
Partiya rəhbərinin fikrincə, hazırda Türkiyə Rusiya üçün bir nömrəli düşməndir. Siyasətçi həmçinin hesab edir ki, indi Türkiyə rəhbərliyi narahatdır. Onlar bilmirlər ki, nələ olacaq.
"Mən indi onların yerində olsaydım Türkiyəni vuracaq dağıdıcı zərbələrdən qorxardım. Prezidentin bir səfeh hərəkəti nəticəsində ölkəsi ümumiyyətlə olmaya bilər", - deyə Jirinovski əlavə edib.