Tarix : 2015 Nov 30
Kod 47046

Azərbaycan Hökuməti özünün qəbul etdiyi qaydaları pozur

"Nardaran kəndinin elektrik təchizatının dayandırılması soyuq ayların olmasını nəzərə alaraq bütün mənəvi normaları pozmaqla yanaşı, hökümətin özünün qəbul etdiyi qaydaların kobud pozulmasıdır".
AranNews- Bu sözləri öz Facebook səhifəsində vəkil Cavad Cavafov yazıb. Onun sözlərinə görə, "Elektrik enerjisindən istifadə Qaydaları"na əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilib)
9.13. Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər:
9.13.1. istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
9.13.2. enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;
9.13.3. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
9.13.4. enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;
9.13.5. məhkəmənin qərarı ilə.
İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. "Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.
Bu qaydalara əsasən borclu abonentlərin elektrik enerjisinin kəsilməsi fərdi qaydada həyata keçiriliməlidir və kütləvi olaraq edilməsi yolverilməzdir. Həmçinin elektrik təchizatı dayandırılmamışdan əvvəl yazılı xəbərldarlıq edilməlidir. Bu hallar həmçinin qaz təchizatına da aiddir"- deyə vəkil fikrini yekunlaşdırıb.
  • Yazılıb
  • da (də) 2015 Nov 30
  • Göndərən مدير سايت Aran News