şiələrə qarşı aparılan bu əməliyyatlar nikbinlərin Bakı-Tehran münasibətlərin yaxşılaşması iddiası, Amerika xarici işlər nazirliyində İran otağının direktorunun bu ölkəyə səfər edərək oranın rəsmilərinə sanksiyadan sonrakı İranla necə əlaqə yaratmağı tapşırdıqadan sonra baş vermişdir.
AranNews- Saxlanılanların çoxu anti-sionist və təkfirçiliyə qarşı mövqeyində olan Azərbaycan respublikası müsəlmanlar birliyi hərəkatının tərəfdarlarıdırlar və oxuduqları növhələrdə Aşura məktəbinin tabeləri kimi sionizmlə qarşılaşmağı vurğulayırlar
26 Noyabrda, Ərbəinə bir həftə qalmış Azərbaycan polisi və təhlükəsizlik qüvvələri Nardaran şiələrinin matəm yığıncağını dağıtmaq üçün hücum etmişdir. Bu hücumda ən azı 4 nəfər şəhid olmuş 10 nəfər isə təhlükəsizlik qüvvələrinin atəşi nəticəsində xəsarət almışdır. Həmin raporta əsasən Nardaran əhalisi polisə müqavimət göstərmək məcburiyyətində qalmışdır. Deyilənlərə görə onların arasında Azərbaycan vahabiləri də olmuşdur. Onlar polisi öldürməyə cəhd etməklə şəraiti daha da gərginləşdirmək fikrində olmuşlar. Bu hücumda müsəlmanlar birliyi hərəkatının rəisi höccətülislam Tale Bağırzadə və 16 nəfər şiə fəalları saxlanılmışdır. Saxlanılanların çoxu anti-sionist və təkfirçiliyə qarşı mövqeyində olan Azərbaycan respublikası müsəlmanlar birliyi hərəkatının tərəfdarlarıdırlar və oxuduqları növhələrdə Aşura məktəbinin tabeləri kimi sionizmlə qarşılaşmağı vurğulayırlar. Təhlükəsizlik qüvvələri və polisin son aylarda höccətülislam Tale Bağırzadə və müsəlmanlar birliyi hərəkatına etdikləri hücumların intensivləşməsi ona görədir ki, ayətüllah Nuri Həmədaninin Bakıya səfəri zamanı Bağırzadə və digər neçə ruhani onun görüşünə getmiş və mərcəiyyətə hörmət əlaməti olaraq əlini öpmüşdülər.
Bu hadisədən sonra Bakı televiziya kanalları müsəlmanlar birliyi hərəkatına və şiə mərcəiyyətinə qarşı şiddətli təbliğata başlamışdır ki, nəticədə Yasamal polisi höccətülislam Bağırzadəni çağırtdırraraq namaz qılarkən döymüş, xəbərdarlıq etmiş və həbslə hədələmişdir. Azəri mediyasının yalanlarına rəğmən şiə mərcələrinə hörmət din xadimlərinə hörmət deməkdir və Azərbaycan şiələrinə məxsus deyildir. Dünyanın bir çox şiələri İranda imam Xamneyinin və İraqda ayətüllah Sistaninin görüşünə gedir və mənsub olduqları dövlətlər tərəfindən heç bir problemlə üzbəüz olmurlar.
Bu hadisələrlə eyni vaxtda Azərbaycan dövləti din işləri komitəsinin rəisi Mübariz Qurbanlı bu ölkədə vahabilərin və təkfirçilərin sərbəst fəaliyyətlərinə işarə etmədən komitədən rəsmi icazə almayan din qruplarına qarşı sərt mövqe tutulacağını bildirmişdir. Həmin hədələmədən sonra şiə qrupları şiddətli hücumlara məruz qalmışdır. Nardaran hücumunda Azərbaycan respublikasının Quran hafizi və mübariz ruhani hacı Zülfüqar Mikayılzadə də saxlanılmışdır. Lənkəran şəhərində də Ərbəin münasibətilə höccətülislam İlham Ağayevin çıxış etdiyi məscid mühasirə edilmiş və onu yaxalamaq üçün xüsusi əməliyyat keçirmişdir. Bu əməliyyatın nəticələrindən dəqiq xəbər yoxdur. Azərbayca respublikasında şiələrə qarşı aparılan bu əməliyyatlar nikbinlərin Bakı-Tehran münasibətlərin yaxşılaşması iddiası, Amerika xarici işlər nazirliyində İran otağının direktorunun bu ölkəyə səfər edərək oranın rəsmilərinə sanksiyadan sonrakı İranla necə əlaqə yaratmağı tapşırdıqadan sonra baş vermişdir. Azərbaycan respublikası daxili işıər nazirliyi öz bəyanatında şəhid olmuş və yaxalanmış şiələri ekstremist adlandırdığına rəğmən son həftələr ərzində təhlükəsizlik naziri Eldar Mahmudovun nazirlikdən azad edilməsindən sonra Bakının bəzi informasiya vasitələrində bu nazirliyin vahabi və təkfirçilərlə əməkdaşlığına dair şok xəbərlər yaılmışdır. İsrail-Azərbaycan parlamentləri arasında dostluq qrupunun sədri Aviqdor Libermanın seçkiyə nəzarət üçün Bakıya səfəri zamanı sionistlər Azərbaycandakı tolerantlıqdan razı olduqlarını bildirmişdilər. Bu seçki istər müxalif və istərsə də islamçı partiyaların çoxunun tərəfindən təhrim edilmişdir. Və yalnız hakim partiyadan olan partiyalar iştirak etmişdilər. Azərbaycan respublikasında şiələrin taptalanmasının birinci mərhələsi 2010-cu ilə, hicabın yasaqlığına etiraz edən islam partiyasının sədri və digər fəalların yaxalanması dövrünə qayıdır. Azərbaycan respublikasının 9 milyon nüfusu vardır ki, onun 85 faizindən çoxu şiədir.