Azərbaycan İslam partiyasının sabiq sədr əvəzi Hacı Elçin Manafov bu gün səhər saatlarında həbs olunub.
AranNews- Azərbaycan İslam partiyasının sabiq sədr əvəzi hacı Elçin Manafov bugün səhər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən evindən aparılıb.
E.Manafovun yaxınlarından daxil olan məlumata görə, ondan hələ də bir xəbər yoxdur.
MTN yaxud da Daxili İşlər Nazirliyi tərəfindən tanınmış din xadiminin saxlanılması ilə bağlı hələ heç bir bəyanat verilməyib.