Tarix : 2015 Dec 01
Kod 47055

Azərbaycan bayrağı güllələndi

Nardaranda polislər Azərbaycan bayrağini güllələyiblər.
Arannews- Noyabrın 26-da polisin Nardaranda keçirdiyi əməliyyat kənd sakini Əbülfəz Bünyatovun evində baş verib. Əbülfəz Bünyatovun anası hadisə gününü belə xatırlayır.
"Tarix boyu o qədər güllə atmazdılar. Üzləri maskalı, təkcə gözləri görünür. Sanki qaniçən qatildilər. Nə dildə danışırdılar başa düşmaürdüm. Mənim körpə balalarım qorxdular. Güllə səsindən fəryad elədilər. Biri 3 gecədir ki yatmır. Baxdım öz oğluma, gördüm bu uşaq demək olar ölüb burada. Soruşdum ki vurublar Əbülfəz səni? Astaca dedi ki hə. Ondan başqa da nə qədər uşaq - kürəkənimi, oğlumu, camaatın balalarını... Nəyə görə?"
Əbülfəz Bünyatovun anası əlavə edir ki silahlılar bayrağı da güllələyiblər.
"Bu Azərbaycanın bayrağıdır, atributumuzdur. Əgər bunu gülləliyiblərsə, demək burada prezidentimiz, nazirlərimiz günahkardır. Bu evin içində gəlinim, balalarım,özüm dəhşətli faciə yaşadıq. Buna hökumət hardadır? Mehriban xanım hardadır, eşitmir bunları."
Noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində “Müsəlman Birliyi hərəkati” adı altında fəaliyyət göstərən 14 nəfər saxlanılıb. Əməliyyat zamanı yaranmış qarşıdurma nəticəsində 5 nəfər kənd sakini şəid olub.


  • Yazılıb
  • da (də) 2015 Dec 01
  • Göndərən مدير سايت Aran News