Etirazçıların sözlərinə görə, Ərəbistan rejimi Məhkəmə sisteminə hakim kəsilərək, siyasi fəalları və hüquq müdafiəçilərini, eləcədə islahatçıları boğmağa çalışır.
Arannews- Ərəbistanda yüzlərlə nəfər mitinq təşkil edərək, Şeyx Nimr və digər şiələrin, o cümlədən iki yeniyetmənin ölüm hökmünə məhkum edilməsini pisləyərək, həmin qərarları qanunsuz adlandırıblar.
Etirazçıların sözlərinə görə, Ərəbistan rejimi Məhkəmə sisteminə hakim kəsilərək, siyasi fəalları və hüquq müdafiəçilərini, eləcədə islahatçıları boğmağa çalışır.
Əvamiyyə bölgəsində etiraz edən vətəndaşlar bildiriblər ki, Qətif vilayətindən olan 7 şiə sakinə qarşı edam qərarının verilməsi amansız hökmdür, çünki onlara qarşı irəli sürülən ittihamlar saxta və həmin şəxslərdən alınan etiraflar çoxsaylı işkəncələrdən sonra mümkün olub.
Aksiya iştirakçıları həmçinin Dünya birliyini Şeyx Nimri və digər siyasi məhbusların dərhal sərbəst buraxılması üçün təcili addımlar atmağa çağırıblar.
Etirazçılar Şeyx Nimr və digər siyasi məhbuslarla həmrəylik nümayiş etdirmək məqsədilə bəyanat veriblər ki, Şeyx Nimrin taleyi onların hamısının taleyi deməkdir.
Əvamiyyə rayonunda vətəndaşlar etiraz aksiyası zamanı Səud rejiminə qarşı şüarlar səsləndirərək vurğulayıblar: Bütün faktlar onu göstərir ki, Səud rejimi İslam dininin ən qatı düşmənidir. Bu rejim məzhəbçilik, dini ədavət və terrorizmi yayaraq, İslam cəmiyyətinin zəyifləməsinə səbəb olmuş və onun dayaqlarını sarsıtmışdır.